"Gənclərin sağlamlığı ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Hər il Azərbaycanda əhalinin 500-700 nəfəri AİDS/HİV virusuna tutulur. Bunların da 70%-nə qədəri 40 yaşa qədər olanlardır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Fuad Muradov Azərbaycan gənclərinin VI forumunda çıxışı zamanı deyib. O bidlirib ki, ötən forumdan keçən 3 il ərzində keçirilən 50-ə yaxın beynəlxalq tədbirdə 47400 nəfər gənc iştirak edib. Onun sözlərinə görə, bu tədbirlər barədə 3000-dən çox məlumat yayılıb.
"Bu gün gənclər öz fəaliyyətlərinə uyğun iş tapa bilmir, bazarda tələb və təklifin zəifliyi ilə üzləşirlər, karyeraların qurulmasında müəyyən problemlərlə qarşılaşırlar. Bu gün beynəlxalq bazarlarda olduğu kimi, Azərbaycan bazarında da ixtisaslı kadrlara ehtiyac var. Bundan əlavə, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının maddi-texniki bazasının formalaşması, maliyyələşməsi ən mühüm məsələlərdən biridir. Bu gün ölkə televiziyalarında gənclərlə bağlı müxtəlif verilişlər, layihələr həyata keçirilir. Amma bütün bunlar gənclərin fəaliyyətini, problemlıərini tam əhatə etmir. Ona görə də ölkədə gənclər kanalının yaranmasına çox böyük ehtiyac var. Azərbaycanda yaşayan hər bir gəncin normal, sağlam formada olması gələcək inkişaf üçün çox əhəəmiyyətlidir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB