Hindistanda qəza: 26 ölü, 30 yaralı

Hindistanda qəza: 26 ölü, 30 yaralı
Hindistanın Himaçal Pradeş əyalətində 300 metrlik uçuruma düşən avtobusda 26 nəfər həyatını itirib, 30 adam yaralanıb. SİA-nın xəbərinə görə, polis yolda qalan bir avtobusun başqa bir avtobusu dayandırdığını nəticədə sərnişinlərin avtobusa minməyə çalışarkən nəqliyyatın geri geri sürüşərək uçuruma düşdüyünü bildirib. Qeyd edək ki. Hindistanda son rəsmi məlumatlara görə 2009-cu ildə 125 min insan yol qəzasında həyatını itirib, yarım milyon adam isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə