MNP xidməti fəaliyyətə başlayacaq

MNP xidməti fəaliyyətə başlayacaq
Abonentlər operatorları dəyişəcəkləri təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı qazanacaqlar. Hazırda operatoru dəyişən abunəçilər nömrəni saxlamaq istəyərkən problemlə rastlaşsalar da, tezliklə MNP xidmətinin fəaliyyətə başlaması bu prosesi sadələşdirəcək. SİA-nın məlumatına görə, artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bu istiqamətdə işlərə başlanıb və operatorlar qarşısında konkret tələblər qoyulub. Qurumdan verilən məlumata görə, MNP xidmətinin tətbiqi üçün mobil rabitə operatorları müvafiq infrastrukturun yaradılması üçün lazımi tədbirlər həyata keçirməlidirlər. Onu da deyək ki, MNP xidməti ölkədəki hər üç mobil rabitə operatoru tərəfindən eyni vaxtda işə salınmalıdır. Xidmətə mobil rabitə bazarında ehtiyac olduqca çoxdur. Ona görə də, bu xidmətin tətbiqi nazirliyin tələblərinə uyğundur. Ancaq hələlik bu istiqamətdə lazımı işlər görülür və xidmətin nə zaman işə düşəcəyi hələlik məlum deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə