Azad Rəhimov: “Azərbaycan Gənclərin VI forumu ölkə tarixinin ən şanlı və əlamətdar bir hadisəsi ilə eyni vaxta təsadüf edir”

Azad Rəhimov: “Azərbaycan Gənclərin VI forumu ölkə tarixinin ən şanlı və əlamətdar bir hadisəsi ilə eyni vaxta təsadüf edir”

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə,
biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin
inkişafına öz töhfələrini verirlər. Bunu Azərbaycan Gənclərinin VI forumunda iştirakı zamanı Gənclər və İdman naziri Azad Rəhimov bildirib:
"Azərbaycan Gənclərin VI forumu ölkə tarixinin ən şanlı və əlamətdar bir
hadisəsi ilə eyni vaxta təsadüf edir".

Nazir əldə olunmuş uğurlu nailiyyətlərdən danışaraq Gənclərlə iş və idman sahələrində mərkəzi idarəetmə orqanı olan gənclər və idman nazirliyinin yaradılmasının, müvafiq qanunvericilik bazasının formalaşdırılmasının, ictimai fəal gənclərin 200-dən artıq QHT-də birləşməsini, Azərbaycan gənclər təşkilatlarının 30-dan artıq beynəlxalq gənclər qurumlarında təmsil olunmasını və gənclər ilinin elan edilməsini xüsusilə qeyd edib: "Dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60%-dən çoxunu gənclər təşkil edir. Bələdiyyə üzvlərinin 28 faizi yəni 4303 nəfəri gənclərdir. Olardan da 326 nəfəri isə bələdiyyə sədridir".

Azad Rəhimov Azərbaycanda gənclər təşkilatlarının yaradılması, hərbi
vətənpərvərlik oyunlarının keçirilməsini də uğurlu addımlar kimi
qiymətləndirib. O deyib ki, gənclər və idman nazirliyinin təşəbbüsü
ilə keçirilən hərbi-vətənpərvərlik oyunlarına 120 minə yaxın şagird
qatılıb: "Dövlət gənclər siyasətinin istiqamətlərindən biri olan gənclər
arasında sağlam həyat tərzinin təbliğ olunması, xüsusilə də, onlar
arasında cinayətkarlığın, narkomanlığın, QİÇS-in və digər nqativ
halların profilaktikası sahəsində işin aparılması daim diqqət
mərkəzində olub".

Nazir həmçinin Beşinci forumdan ötən dövr ərzində gənclər təşkilatlarının 294 layihəsinin dövlət büdcəsi hesabına dəstəkləndiyini, bununla yanaşı Avropa Gənclər fondu tərəfindən 42 layihənin maliyyələşdirildiyini, 2009-2010-cu illərdə
Azərbaycanın Avropa Gənclər Fondundan ən çox qrant əldə edən ölkə olduğunu diqqətə çatdırıb: "Ötən forumdan sonra 40 gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. 2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq
təşkilata üzv qəbul edilib. Hesabat dövründə Bakıda müxtəlif ölkələrdən olan 2500-dən artıq gəncin iştirakı ilə 60-da çox beynəlxalq tədbir keçirilib. 1200-ə yaxın Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə iştirakına dəstək
verilib"- deyə Azad Rəhimov sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə