Qusar avtovağzalında gediş haqqında süni qiymət artımı yaranıb

Qusar avtovağzalında gediş haqqında süni qiymət artımı yaranıb

Qusar avtovağzalından paytaxta sərnişin daşıyan marşurutlarda qiymətlər süni olaraq qaldırılıb. Sərnişinlərin sözlərinə görə biletin qiyməti 2 manat 87 qəpik olduğu halda Bakıya getmək üçün 4 manat ödəməli olurlar. Bilet almaq üçün kassaya yaxınlaşan sərnişinlərə əvvəlcə biletin olmadığı deyilsə də daha sonra biletlər bir qədər baha qiymətə satılır. "Bu vəziyyət uzun zamandır davam edir. Buna baxmayaraq aidiyatı qurumlar tərəfindən bir dəfə də problemlə maraqlanan olmayıb. Hətta adi günlərdə 4 manata olan gediş haqqı bayram günlərində daha da baha olur".

Qusar Avtozağzalının rəsmiləri isə deyilənlə razılaşmır. Qurumun mühasibi Zikrulla Əfəndiyev deyilənləri təkzib edir. "Bu cür hallar yol verilməzdir. Əgər bizim tərəfimizdən aşkarlanarsa, ciddi tədbir görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə