Metrostansiyalardan birinə Hüseyn Cavidin adı veriləcək

Metrostansiyalardan birinə Hüseyn Cavidin adı veriləcək
Azərbaycan ədəbiyyatının görkəmli dramaturq və şairi Hüseyn Cavid 130 illik yubileyi ərəfəsində Bakı metro stansiyalarının birinə Hüseyn Cavidin adının verilməsi təklif olunub.

Bakı Metropolitenini mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq metropoliten rəhbərliyi tərəfindən bununla bağlı Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət olunub. Yekun rəy Nazirlər Kabinetinin qərarından asılı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə