Əcnəbilər Azərbaycan dilini öyrənə biləcəklər

Əcnəbilər Azərbaycan dilini öyrənə biləcəklər

Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri mühüm bir layihəyə imza atıb. Belə ki, şirkət xarici ölkə vətəndaşları, əcnəbilərin Azərbaycan dilini öyrənməsi üçün vəsait hazırlayıb. Şirkətin təhsil şöbəsinin müdiri İlham Yusifov bildirib ki, bu kitabın I hissəsidir, gələcəkdə digər hissələri də çap olunacaq.

"Nəzərə alsaq ki, dünyada minlərlə insan ingilis dilini bilir. Həmin insanlardan çoxu Azərbaycana iş və ya təhsillə bağlı gəlir. Azərbaycanda olduqları müddətdə ingilis dili biliklərindən istifadə edərək bizim danışıq dilini öyrənə bilərlər. Kitab beynəlxalq standartlar və beynəlxalq təcrübə əsasında hazırlanıb. Bundan istifadə edərək xarici ölkə vətəndaşları Azərbaycan dilini öyrənə bilər. Kitab haqqında yaxın gələcəkdə sayt da yaradılacaq. Əcnəbilər kitabla yanaşı, həm də sayt vasitəsilə Azərbaycan dilini öyrənə biləcəklər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə