"Uşaq Hüquqları Aylığı" çərçivəsində bir neçə layihələr həyata keçiriləcək. Həyata keçiriləcək layihələrə "Uşaqları zorakılıqdan qoruyaq" şüarı altında Uşaq Xoru və Çalğı alətləri orkestrlərinin Festivalı, "Şirin rənglәr" tәsviri incәsәnәt festivalı, "Uşaqlar naminә velosiped yürüşü və kütlәvi qaçış", "Heç bir uşağı nəzәrdən qaçırmayaq" Milli İctimai Mükafatın IV tәqdimetmə mәrasimi, "Sky Lanterns" (Səma Fənərləri) Festivalı aiddir. SİA-nın xəbərinə görə, aylığın rəsmi startına Park Bulvarda təşkil olunmuş "Şirin rənglər" rəsm festivalı ilə başlanılıb. Rəsm festivalının keçirilməsində əsas məqsəd gәnc nәsil ilә yaşlı nәsil arasında ünsiyyәt qurmaq, bilik, bacarıq vә tәcrübә axınına şәrait yaratmaq, gәnc rәssamların yetişməsinә tәkan vermәk, təsviri sәnәt vasitəsilә cәmiyyətin diqqәtini Azәrbaycan uşaqları və gәnclərini narahat edәn mәsələlәrә yönəltmәkdən ibarətdir.
Növbəti "Şirin rənglər" rəsm festivalı bu gün İçərişəhər, Kişik Karvansarada keçiriləcək. Rəsm festivalında Azərbaycan Respublikası Rəssamlar İttifaqı, Tofiq İsmayılov adına Uşaq-Rəsm Qaleriyası, Rəssamlar İttifaqından olan rəssam müəllim və şagirdlər iştirak edəcək. Festival zamanı cütlük şəklində rəsm əsərləri çəkiləcək. Cütlük şəklində rәsm әsәrlәri üzərində işlәmək hәmçinin gәnc nəslə tanınmış rəssamlardan yeni üslublar, metodlar öyrәnmәyә vә faydalı bacarıqlar vә bilik qazanmağa imkan verәcәk. Yaşlı nәsil nümayәndәləri isә uşaq və gənclәrdәn yeni ideyalar əldә etmәyə və onları narahat edən problemlәrә baxışlarını öyrәnmәyә imkan verәcək vә bununla da iki tәrəfli mübadilə prosesini təmin edәcәkdir. Verilmiş mövzular üzrә yaradılacaq rəsm əsərlәri uşaq gәnc və peşakar rəssam tәrəfindәn hәyatda hamımızın rast gəldiyi mәsәlələri necә anlaması, əhaliyə necә çatdırmasına imkan verәcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB