Liderlik Məktəbi yetirmələrinin onuncu buraxılışı olub

Liderlik Məktəbi yetirmələrinin onuncu buraxılışı olub

"Uşaq hüquqları" aylığı çərçivəsində növbəti tədbir Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində təşkil olunub. SİA-nın xəbərinə görə, bu tədbir Liderlik Məktəbi yetirmələrinin onuncu buraxılış mərasiminə həsr edilib.

Uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın çoxşaxəli fəaliyyəti barədə məlumat verilib, uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, artıq onuncu ildir ki, müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu bildirilib. AMEA-nın müxbir üzvü, professor V.Abbasov respublikada gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini qeyd edib, liderlik fəlsəfəsinin mahiyyəti barədə danışıb. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Natiq Məmmədov Liderlik Məktəbinin fəaliyyətinin uşaqların digər hüquqları ilə yanaşı, iştirak hüququnun da həyata keçirilməsinin bariz nümunəsi olduğunu söyləyib. O, bu məktəbin böyük uğurları ilə seçilən yetirmələrinin müasir düşüncəli gənclər olaraq ictimai həyatda fəal iştirakını, öz həmyaşıdlarına hüquqi biliklərin aşılanmasında köməyini yüksək dəyərləndirib.

Görüşün sonunda Müvəkkil Liderlik Məktəbində tədris ilini başa vurmuş 82 uşağa sertifikatlar təqdim edib. Sonra yeni dərs ilinin proqramı uşaqlarla birlikdə müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə