Bu gün Azərbaycan Gənclərin VI Forumu öz işinə başlayır

Bu gün Azərbaycan Gənclərin VI Forumu öz işinə başlayır

Bu gün Heydər Əliyev adına Respublika Sarayında 2000-ə yaxın gənc bir araya gəlir. SİA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər.

Forumun proqramına əsasən bu gün səhər saat 9.00-da gənclər ilk olaraq Ümummilli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər. Saat 11.00-da isə VI Forumun rəsmi açılış mərasimi keçiriləcək. Saat 16.00-da Forumun yekunu ilə bağlı olaraq konsert proqramı təqdim ediləcək.

Forum çərçivəsində qeyri hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai-siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin prespektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənməsi, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi . beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunacaq.

Azərbaycan Gənclərinin VI Forumu işinə 2011-ci ilin aprel ayından başlayıb. Məhz aprel-sentyabr ayları ərzində gənclərin iştirakı ilə müxtəlif tədbirlər, respublikanın rayon və şəhərlərində, eləcə də Bakı şəhərindəkonfranslar, zona toplantıları, keçirilib. Konfrans və toplantılarda respublikanın bütün rayon və şəhərlərindən VI Forumun yekun iclasında iştirak edəcək 1601 namizəd seçilib. Forumun hər bir nümayəndəsi təxminən iki min azərbaycanlı gənci təmsil edir. Ən böyük nümayəndə heyətləri Bakı (531), Sumqayıt (70) və Gəncə (38) şəhərlərindən seçilib. Forumda ölkə gənclərinin bütün təbəqələrini təmsil edən – gənclərin qeyri-hökumət təşkilatları nümayəndələri, tələbələr, gənc alimlər, istedadlı və yaradıcı gənclər, gənc sahibkarlarvə s. nümayəndələr iştirak edəcəklər.

Forumun yekun iclasında ötən forumdan keçən 3 il ərzində dövlət gənclər siyasətinin prioritet sahələrində qazanılmış uğurları, inkişaf və əldə olunmuş nəticələri təhlil ediləcək, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi (2011-2015-ci illər)" Dövlət Proqramından irəli gələn vəzifələri, Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olunacaq, təkliflər səsləndiriləcək. Forumun iclasında yekun sənədlərin – qətnamə və forum nümayəndələrinin Azərbaycan gənclərinə müraciəti qəbul ediləcək. Azərbaycan Gənclərinin VI Forumunun yekun iclası yaradıcı gənclərin konserti ilə davam edəcək.

Qeyd edək ki, ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalayıb. Forum Azərbaycanın müasir ictimai siyasi tarixində özünəlayiq yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan verib. Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib.Növbəti illərdə II Forum – 1999-cu il, III Forum – 2003-cü il, IV Forum – 2005-ci il, V Forum – 2008-ci ildə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə