Azərbaycanın bəzi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycanın bəzi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Cari təmir işləri ilə əlaqədar oktyabr 25-də saat 09:00-dan 18:00-dək "Ucar" və "Lənkəran" qaz paylayıcı stansiyalarından, eləcədə "Daşkəsəmən", "Köçəsgər" , "Qazax", "Ağköynək" və "Şamaxı" avtomat qaz paylayıcı stansiyalarından qidalanan qaz kəmərlərində qaz təchizatı dayandırılacaq. Dövlət Neft şirkətindən SİA-ya verilən məlumata görə, təmir müddətində Ucar şəhərində və rayonun Qarabörk və Gəraybəyli kəndlərində, Qazax şəhərinin bir hissəsində, Şamaxı şəhərində, Lənkəran rayonunun bir hissəsində, həmçinin Ağstafa rayonunda qaz təzhizatında məhdudiyyətlər olacaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə