Azərbaycanda əsgər özünü güllələyib

Azərbaycanda əsgər özünü güllələyib

Azərbaycanda hərbi təlim zamanı silahlı insident baş verib.

SİA-nın məlumatına görə, hadisə Müşfiq qəsəbəsi ərazisində yerləşən Atəş Təlim Mərkəzində qeydə alınıb. Daxil Qoşunların əsgəri 19 yaşlı Elxan Şərifxan oğlu Əliyev təlim zamanı xidməti silahı ilə özünü vurub.

Daxili Qoşunların mətbuat xidmətinin rəisi Təranə Məmmədova APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Çiynindən güllə yarası alan əsgər hospitala yerləşdirilib, vəziyyəti stabildir.

Qeyd edək ki, E. Əliyev 2010-cu ildə Siyəzən Rayon hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə