“Azərbaycan abidələr diyarıdır”

“Azərbaycan abidələr diyarıdır”

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturalogiya fakültəsində Miras İctimai Birliyi və Qeyri-Hökümət Təşkilatlarınının Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycanda areoloji turizmin inkişaf etdirilməsi və təbliği" sahəsində seminar keçirilib.

SİA-nın verdiyi məlumata görə, layihəni həyata keçirməkdə məqsəd Azərbaycanda turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, tarixi arxeoloji abidələrimizə diqqəti artırmaq, onların qorunmasını təmin etmək, arxeologiya elminə marağı genişləndirməkdir. Qala, Şəmkir, Qəbələ, Ağsu, Göytəpə ərazilərində tədqiqat işləri aparılacaq. Həmçinin layihə çərçivəsində "Azərbaycan abidələr diyarıdır" adlı film çəkilib. Filimdə Qala arxeoloji ensklopedik muzeyi, orta əsr Ağsu, qədim Qəbələ, Göytəpə neolit yaşayış məskənindəki qazıntıların görüntüləri göstəriləcək. Belə layihələrin Goranboy, Ağdam, Gədəbəy, Bərdə kimi yerlərdə reallaşdırılacağı bildirilib. Lakin o zamanlardan belə zonalarda arxeoloji qazıntılar çox aşağı səviyyədə olduğu üçün ilk öncə qazıntıları sürətləndirmək, tədqiqat işlərini genişlındirmək lazımdır. Lakin gənclərdə belə layihələrə maraq heç də layihə rəhbərlərini qane etmir.

Aytəkin

Bütün xəbərlər Facebook səhifəmizdə