Sosial yardımının ehtiyac meyarı 12 faiz artırılacaq

Sosial yardımının ehtiyac meyarı 12 faiz artırılacaq
Yeni ildən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin 12 faiz artırılacağı gözlənilir. SİA-nın məlumatına görə, hazırda ölkədə ünvanlı dövlət sosial yardımının ehtiyac meyarının həddi 75 manatdır. Artımdan sonra ehtiyac meyarının həddinin 84 manata çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2011-ci il yanvarın 1-dək ölkədə 552 514 nəfər ailə üzvünü əhatə edən 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır. Ailəyə ödənilən yardımın orta aylıq məbləği 108,54 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24,12 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə