Hazırda Sumqayıt şəhər maşın bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə yüksək olaraq qalır. SİA-nın xəbərinə görə, bazarda əksər satıcılar alıcıların azalmasından şikayətlənsə də, qiymətlərdə ötən illə müqayisədə ucuzlaşma müşahidə olunmur. Bununla yanaşı satıcılar buraxılış ili nisbətən təzə olan avtomobillərin qiymətində də müəyyən qədər bahalaşma olduğunu bildirdilər. Beləki Avropa maşınlarının qiymətində ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 500-1000 manat bahalaşma olub. Rusiya istehsalı olan VAZ markalı avtomobillərin qiymətində artım müşahidə olunur. Belə ki, alıcıların daha çox maraq göstərdiyi "VAZ 2107" markalı avtomobillər ötən il maksimum 6500-7000 dollar arasında satılırdısa, hazırda həmin avtomobillərin qiyməti 7500 dollara yüksəlib. Bazarda əsasən çox da bahalı olmayan işlənmiş maşınlar satılsa da, istənilən marka və modelə rast gəlmək olar. Amma buna baxmayaraq alıcılar qiymətin yüksək olmasından narazıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB