2012 ci ildən Sumqayıt və Gəncə şəhərlərlərinə də yeni taksilər gəririləcək

2012 ci ildən Sumqayıt və Gəncə şəhərlərlərinə də yeni taksilər gəririləcək
Yeni paytaxtı bəzəyən yeni taksilər bu dəfə Sumqayıt və Gəncə şəhərlərində görünəcək. Amma bir qədər fərqli. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənovun SİA-ya verdiyi məlumata görə 2012-ci ildən Sumqayıt və Gəncə şəhərlərinə yeni taksilər gətiriləcək. \"Daewoo Lacetti\" markalı yeni taksilər Sumqayıtda ağ, Gəncədə zoğalı, digər regionlarda isə açıq qəhvəyi rənglərdə fəaliyyət göstərəcək. Ümumilikdə ölkəyə 8 mindən artıq taksinin gətirilməsi nəzərdə tutulur. Qeyd edək ki, sözü gedən taksilərin paytaxt ərazisində fəaliyyət göstərməsi qadağan ediləcək. Həmin taksilərin yalnız paytaxta sərnişin gətirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə