Türkdilli ölkələrin və toplumların II Media Forumuna hazırlıq işləri davam edir
Türkdilli ölkələrin və toplumların II Media Forumuna hazırlıq işləri davam edir. SİA-nın xəbərinə görə, bunu kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib: "Tədbirə Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan, Qırğızıstandan, Rusiyanın türkdilli xaqlar yaşayan Tatarıstan, Başqırdıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tuva, Saxa respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Avropanın türklərlə bağlı və onların kampakt yaşadığı ölkələrindən media qurumları təmsilçilərinin qatılmaları nəzərdə tutulur. Artıq nümayəndələrin tam əksəriyyətinin forumda iştirakı təsdiqlənib və bununla əlaqədar zəruri prosedur işlər həyata keçirilib. Ümid edirik ki, türk dünyası üçün müstəsna əhəmiyyət daşıyacaq bu toplantının yüksək səviyyədə təşkilini reallaşdıra biləcəyik".
MŞ sədri bildirib ki, Türkdilli ölkələrin və toplumların II Media Forumu rəhbərlik etdiyi qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq. Toplantıda başlıca titul mövzu "Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar" olacaq. 60-a yaxın xarici qonağın qatılacağı tədbirdə iştirakçıların ümumi sayı 200-dən çoxdur. Oktyabrın 29-da isə qonaqların Qubaya səfərlərinin təşkili planlaşdırılıb. Burada onlar ermənilərin azərbaycanlılara qarşı soyqrımını əks etdirən kütləvi məzarlığa baş çəkəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB