Nazir müavini: “Gələcəkdə ünvanlı sosial yardımın verilməsi öz aktualllığını itirəcək”

Nazir müavini: “Gələcəkdə ünvanlı sosial yardımın verilməsi öz aktualllığını itirəcək”

Ünvanlı sosial yardımı kasıb və ya az təminatlı ailələrə verilməsi müqəvvəti xarakter daşıyır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirliyini müavini İlqar Rəhimov deyib. O, bildirib ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da kasıblıqla mübarizə aparılır və bu problem tədricən aradan qaldırılır. Onun sözlərinə görə, son 5 ildə kasıblığın səviyyəsi müəyyən faizdən 9 faizə düşüb: "Bu məsələ müəyyən müddətdə aradan qaldırılacaq və nəticədə ünvanlı sosial yardımın verilməsi öz aktualllığını itirəcək"

İlqar Rəhimov qeyd edib ki, gələn ildən sosial yardımların verilməsində elektron müraciət formasına keçidi bütün respublika üzrə tətbiq etmək mümkün olacaq. Onun sözlərinə görə, hazırda pilot layihələr həyata keçirilən Cəlilabad və Balakəndə elektron müraciətlər qəbul edilir və müzakirədən sonra yekun qərar verilir. Elektron müraciət dedikdə vətəndaşların məmurlarla hər hansı bir kontaktda olmaması nəzərdə tutulur. Təbii ki, ünvanlı sosial yardımlar kasıb ailələr üçün nəzərdə tutulub və onların hamısının internetə çıxışı yoxdur. Buna görə də həmin ailələrə poçt vasitəsiələ müraciət etməyi təklif etmişik. Bu istiqamətdə Rabitə və Texnologiya Nazirliyi ilə danışıqlar aparılıb və vətəndaşlar rahat şəkildə poçt vasitəsilə müraciətlərini edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə