Fransa xarici işlər nazirinin Ankaraya səfəri təxirə salındı

Fransa xarici işlər nazirinin Ankaraya səfəri təxirə salındı
Fransa xarici işlər naziri Juppenin Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun rəsmi dəvəti ilə oktyabrın 26-da Ankaraya edəcəyi səfər təxirə salınıb. SİA-nın xəbərinə görə, diplomatik mənbələrdən verilən məlumatda beynəlxalq əlaqələr çərçivəsində iki nazirin sıx diplomatik görüşünün noyabr ortalarına kimi təxirə salınması söylənilib. Görüşdə əsas müzakirə mövzusu ikili və regional əlaqələr, Türkiyənin Avropa Birliyinə (AB) üzvlük məsələsi və Kipr mövzusu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə