Yaxın günlərdə paytaxt Bakıda daha bir yeraltı kecidin tikintisinə başlanılacaq. Yeni yeraltı keçidin Hüseyn Cavid prospektində daha dəqiq desək Milli Məclisin qarşısında tikilməsi nəzərdə tutulur.Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov məlumat verib. Nazirlik rəsmisi deyir ki, sözü gedən ərazidə tikiləcək yeraltı kecid 5 cıxış hissədən ibarət olacaq ki, bu da əvvəlcə yalnız piyadalar ücün nəzərdə tutulurdu. Lakin hazırda avtomabillərin bu istiqamətdə sıxlığı nəzərə alınaraq kecid həm də minik vasitələrinin ixtiyarına veriləcək. "Keçiddən maşınlarda istifadə edəcək. Hazırda smeta məsələləri muzakirə olunur. İşləri eurovizion musabiqəsinə kimi çatdira bilməsək o zaman tikintiyə başlamayacağıq. Cunki bu böyük layihədir. Əsas prospektin bağlanması isə tıxaclara səbəb ola bilər. Bu isə möhtəşəm müsabiqə zamanı yol verilməzdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB