ƏƏSMN-də yaradılan İctimai Şuranın növbəti iclası keçirilib

ƏƏSMN-də yaradılan İctimai Şuranın növbəti iclası keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan İctimai Şura növbəti iclasını keçirib. SİA-nın xəbərinə görə, birdəfəlik Ünvanlı Sosial Yardım – "Özünədəstək" pilot layihəsinə həsr olunan iclasda layihənin sınaq işlərinin digər pilot rayonlarda davam etdirilməsi istiqamətində görülən işlər, habelə Ünvanlı sosial yardım (ÜSY) üçün alternativ müraciət mexanizmlərinin tətbiqi, bu mexanizmlərin pilot rayonlar olaraq Cəlilabad və Balakən rayonlarında tətbiqi işləri barədə məlumat verilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, hazırda nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri də məqsədlərin icrası zamanıl şəffaflığın artırılmasıdır. ""Özünədəstək" layihəsi ilə bağlı seçilmiş digər üç pilot rayonun - Masallı, İsmayıllı və Quba rayonlarının hər birində ünvanlı sosial yardım alan ailələr haqqında toplanan Məlumat Bazasından təsadüfi seçmə yolu ilə 90 ailə seçilib. Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları tərəfindən hər bir ailə ilə əlavə maarifləndirmə işləri aparılıb, ailələrin seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün fəaliyyət planı tərtib etmələrində onlara köməklik göstərilib. Pilot layihədə iştirak edəcək ailələrə seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün cari ilin noyabr ayında birdəfəlik ünvanlı sosial yardımın verilməsi nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə