YAP-ın Sədr müavini Əli Əhmədov Hindistanın ölkəmizdəki səfiri Debnat Şau ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov Hindistanın ölkəmizdəki səfiri Debnat Şau ilə görüşüb
Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov oktyabrın 24-də Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şau ilə partiyanın mənzil qərargahında görüşüb. Partiyanın mətbuat xidmətindən SİA-ya verilə məlumata görə, görüşdə Azərbaycan ilə Hindistan arasındakı qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Hindistan Milli Konqresi arasındakı əlaqələrdən bəhs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə