Bolqarıstannın yeni prezidenti ikinci turda məlum olacaq

Bolqarıstannın yeni prezidenti ikinci turda məlum olacaq
Bolqarıstanda keçirilmiş prezident seçkilərində namizədlərdən biri lazım olan qədər səs toplaya bilmədiyinə görə, bu ölkədə prezident seçkilərinin ikinci turu keçiriləcək. SİA "Agence France-Presse"-yə isinadən xəbər verir ki, seçki məntəqələrindən çıxan seçicilərin əksəriyyəti sorğular nəticəsində Rosen Plevneliyevə səs verdiklərini açıqlayıblar. R.Plevneliyev Bolqarıstanın "Vətəndaşların Avropa İslahatları" partiyasının sədridir. O, 39-41faiz civarında səs toplamağa nail olub.
İkinci yerdə "Bolqarıstan Sosialist Partiyası"nın sədri İvaylo Kalfindir. Belə ki, o, 26-30 faizlik bartyeri aşmağa müvəffəq olub.
Lider üçlüyü namizəd Maqlen Kunev bağlayır. Onu seçicilərin 14-17 faizi dəstəkləyib.
Ümumilikdə Bolqarıstan vətəndaşları 18 namizəd arasında seçim ediblər. Həmçinin bu dəfəki seçkilərdə 20 beynəlxalq müşahidəçilər qrupu fəaliyyət göstərib.
Prezidentliyə namizədlərin heç biri 51 faiz səs baryerini aşa bilmədiklərinə görə, eləcə də seçicilərin 50 faizinin seçkilərdə iştirak etdiyinə görə, prezident seçkilərinin ikinci turunun keçirilməsi nəzərdə tutulub. Bu dəfə mübarizə Plevneliyev və Kalfin arasında baş tutacaq. İkinci turun oktyabrın 30-da keçiriləcəyi xəbər verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə