Tunisdə Müəssislər məclisinə keçirilən seçkilər nəticəsində rekord say müçahidə olunub belə ki, oktyabrın 23-də baş tumuş seçkilərdə əhalinin 90 faizi iştirak edib. SİA "Əl-Ərəbiyyə"-yə istinadən xəbər verir ki, 90 faiz səs 4,1 milyon nəfər qeydiyyatdan keçmiş seçiciləri əhatə edir. Qeyd olunur ki, seçicilərin çoxluğu bir neçə seçki məntəqəsinin vaxtından gec bağlandığına səbəb olub.
"Agence France-Presse" agentliyi isə bildirir ki, Tunisdə səsvermə hüququna daha 3,1 milyon əhali mövcuddur, ancaq onlar seçkilərdən öncə qeydiyyatdan keçməyiblər.
Xatırladaq ki, Müsəssislər məclisinə keçirilən seçkilər ölkəyə 20 il rəhbərlik etmiş eks-prezident Zina əl-Abidin Bin Əlinin devrilməsindən doqquz ay sonra baş tutub. Müəssislər məclisinə 217 deputat daxil olacaq və onlar Tunisin yeni Konstitusiyasını tərtib edəcəklər. Onlar həmçinin müvəqqəti hökuməti və prezidenti əvəz edəcək şəxsi müəyyənləşdirəcəklər.
Seçkilərin nəticələri oktyabrın 25-də ictimailəşdiriləcək. Hazırkı müvəqqəti hökumət isə noyabrın 9-na qədər fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB