Argentinanın prezidenti yenə də Kristinadır

Argentinanın prezidenti yenə də Kristinadır
Argentinada 23 oktyabrda keçirilən prezident seçkilərinin qalibi exzit-polların nəticələrinə görə hazırkı dövlət başçısı Kristina Fernandes de Kirşnerdir. Təxmini hesablamalara görə o, 55 faiz səs toplayıb. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, Argentina KİV-ləri bu seçkilərin nəticələrini 1983-cü ildə devrilmiş hərbi xuntadan sonra ən inamlı qələbə kimi qələmə alıb. Belə ki, xanım Kristina öz rəqibi-sosialist Hermes Binneri böyük səs çoxluğu ilə məğlub edib.
Ölkə mətbuatının yazdığına görə, K.F.de Kirşnerin hazırda 58 yaşı var və Argentinada böyük rəğbətə, xalq sevgisinə malikdir. Məsələ ondadır ki, Argentinanı bürümüş iqtisadi böhrandan çıxış planını məhz Kirşner tərtib edib, eləcə də əhalinin sosial təminatında onun əvəzsia xidmətləri mövcuddur.
Xanım Kirşner 2007-ci ildə prezident seçilib və o öz həyat yoldaşı Nestor Kirşneri bu postda əvəz edib.

Bütün xəbərlər Facebook səhifəmizdə