Hazırda Türkiyədə zəlzələ nəticəsində ölən insanların sayı 217 nəfərə çatıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri İdris Naim Şahin 1090 nəfərin yaralı olduğunu bildirib. Belə ki, zəlzələnin episentri olan Vanda 100, Ərcişdə isə 117 nəfərin dğıntılar altında öldüyü xəbər verilir. Ölənlərin sayının artacağı da istisna olunmur.
Türkiyənin Qızıl Aypara cəmiyyətindən isə xəbər verilir ki, Ərcişdə 80, Vanda isə 10 bina tamamilə yerlə-yeksan olub.
"Associated Press" isə xəbər verir ki, Vanda yerləşən həbsxananın divarının uçması nəticəsində oradan 150 nəfər məhbus qaşmağa nail olub. Lakin sonradan onların 50 nəfəri könülllü olaraq, geri dönüb.
Xatırladaq ki, ən çox kürd əsilli Türkiyə vətəndaşlarının məskunlaşdığı Van şəhərində sonuncu dəfə güclü zəlzələ 1976-cı oldə baş verib. Həmin ərəfədə ölənlərin sayı 3840 nəfərə çatıb. Laki Türkiyə tarixində ən güclü zəlzələ 1999-cu ildə baş verən təbii fəlakətdir ki, bu zaman 20 000 insanın həyatına son qoyulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB