Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 11-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 1-6 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasında tutqun, yağmurlu və küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB