Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycana gələcək

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycana gələcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort Gürcüstana gəlib. SİA-nın "Qruziya-Online" saytına istinadən verdiyi xəbərə görə, diplomat burada Gürcüstan hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşlər keçirəcək.

Tbilisdəki görüşlər zamanı Cənubi Qafqaz ölkələri ilə Aİ-nin münasibətləri çərçivəsində sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Həmçinin Gürcüstanın işğal olunmuş ərazilərinə dair məsələlərin geniş dairəsi və oradakı vəziyyət müzakirə olunacaq.

Aİ-nin xüsusi nümayəndəsi həmçinin Oktyabrın 26-27 tarixində Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycana da səfər edəcək. Qeyd edək ki, Filipp Lefort bu ilin ikinci yarısında Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi təyin edilib. O, bu vəzifədə Pyer Morel və Piter Semnebini əvəz edir.

Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə