Bakcell-in növbəti layihəsi - “Mobile Monday Bakı”- FOTOSESSİYA

Bakcell-in növbəti layihəsi - “Mobile Monday Bakı”- FOTOSESSİYA

Bu gün Bakcell şirkətinin növbəti layihəsi olan "Mobile Monday Bakı" öz işinə start verib. SİA-nın məlumatına görə, Xəzər İnvestisiya Şirkətinin prezidenti Elşən Musayev çıxışında bildirib ki, bu layihə ilk dəfədir ki, Azərbaycanda həyata keçirilir: "Bu layihənin icra olunması hər həftənin birinci günü olur. Burada hansı texnologiyalardan istifadə edilməsi məsələləri ilə yanaşı mobil rabitənin funksiyaları müzakirə olunur. Azərbaycan apardığı siyasət da hər zaman gənclərin inkişafına yönəldilib. Bakı 123-cü şəhərdir ki, bu layihəyə qoşulur".

Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev vurğulayıb ki, son zamanlar Azərbaycanda gənclərin inkişafına yönələn bir sıra layihələr həyata keçirilir: "Ölkəmizdə sahibkarlıqda gənclərin rolunun daha da artırılması üçün lazımi şərait yaradılır".

Bakcell şirkətinin direktoru Riçard Şirer isə layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə