Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya dövlət səfəri başlayıb.SİA-nın Ermənistan xəbər saytlarına istinadən verdiyi məlumata görə, oktyabrın 25-dək davam edəcək səfər zamanı Sarkisyanın rusiyalı həmkarı Dmitri Medvedevlə görüş keçirəcəyi, bir sıra hökumətlərarası və nazirliklərarası sazişlərin, habelə iki ölkə XİN-i arasında məsləhətləşmələrin planına dair protokolun imzalanması gözlənilir.
Ermənistan dövlət başçısı habelə Rusiyanın hökumət rəhbəri, parlament sədri, Moskva meri ilə görüşəcək və Moskva Dövlət Universitetində çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB