Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyənin Van bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar fəlakət bölgəsinə növbəti dəfə yardım göndərir.
SİA nazirliyin saytına istinadən verdiyi məlumata görə, yardım təyyarəsi bu gün saat 11.00-da yola salınacaq. Bu təyyarədə müvafiq xilasetmə avadanlıqları və vasitələri ilə təmin edilmiş FHN-in 46 xilasedicisi və zəlzələdən zərərçəkmiş əhali üçün nəzərdə tutulmuş ilkin tələbat əşyaları var.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə FHN Türkiyənin Van şəhərində baş vermiş zəlzələ ilə əlaqədar fəlakət bölgəsinə iki yardım təyyarəsi yola salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB