Millət vəkili: “Gənclər virtual aləmdən aralanaraq real həyatda daha çox olmaladır”

Millət vəkili: “Gənclər virtual aləmdən aralanaraq real həyatda daha çox olmaladır”

Gənclərin zərərli vərdişlərdən-siqaretçəkmə, spid, narkomaniyadan uzaq olması Azərbaycan genafonduna, sağlam gələcəyinə xidmət edən bir vasitədir. Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib. O bildirib ki, bütün bunların qarşısını almaq üçün gənclər arasında maarifləndirmə işlərini aparmaq lazımdır. Gənclər arasında müəyyən problemlərin olduğunu deyən millət vəkilinin sözlərinə görə, bunlardan ən əsası gənclərin virtual aləmdən aralanaraq real həyatda olmalarıdır.

"İnternet, kompyuter müasir həyatda yaxşdır. Amma bunlardan aralanaraq real həyatın özündə də olmaq lazımdır. Bunun isə təbliğatı düzgün aparılmalıdır. Çünki gənclərin virtual aləmdən aralanmasının özü də sağlamlığa xidmət edən amillərdən biridir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə