Türkiyədə zəlzələ nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb

Türkiyədə baş vermiş zəlzələ nəticəsində Van şəhərində 100, Erciş şəhərində 117 nəfər həyatını itirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər naziri İdris Naim Şahin deyib. Onun sözlərinə görə, zəlzələ nəticəsində Vanda 350, Erciş şəhərində və kəndlərində 740 nəfər yaralanıb.

O, qeyd edib ki, hazırda fəlakət zonasında 800-dən çox dağılmış yüksək mərtəbəli binalar mövcuddur: "Uçqun altından insan səsi aşkar edərək həmin istiqamətdə axtarış xilasetmə işlərini davam etdirlir".

Qeyd edək ki, oktyabrın 23-də Bakı vaxtı ilə saat 15.41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkr, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə