WTI markalı neft bahalaşıb

"Qara qızıl"ın qiyməti qeyri-stabil olaraq qalır. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,33 dollar və ya 1,6 faiz artaraq 1 barelə görə 87,40 dollar təşkil edib.

ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,2 faiz azalaraq 109,56 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə