Dövlət Sərhəd Mühafizə idarəsinə məxsus vertolyot qəzaya uğrayıb

Dövlət Sərhəd Mühafizə idarəsinə məxsus vertolyot qəzaya uğrayıb

Belarusun Vitebsk vilayətində aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Dövlət Sərhəd Mühafizə idarəsinə məxsus \"Eurocopter\" markalı vertolyot Postav rayonu ərazisində meşə massivinə çırpılaraq alışıb.

Nəticədə, vertolyotun göyərtəsində olan 5 nəfər ölüb. Yaradılmış xüsusi komissiya qəzanın başvermə səbəbini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə