Trio Bərdədən Bakıya gəlir

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bratke (ABŞ), İqor Popov (Rusiya), Bernar Fasie (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərindən təmas xəttinin qarşı tərəfinə keçdikdən sonra Bərdə rayonuna gəliblər. SİA-nın xəbərinə görə, burada jurnalistlərə açıqlama verən Fransadan olan həmsədr Bernar Fasie bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşəcəklərini deyib.

Fransadan olan həmsədr İrəvanda Ermənistan prezidenti, xarici işlər naziri, ermənilərin katolikosu II Qareginlə görüşdüklərini açıqlayıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri Bərdədən vertolyotla Bakıya yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə