Qubada alma yığımına start verildi

Qubada alma yığımına start verildi
Quba-Xaçmaz bağlarında alma yığımına artıq çoxdandır ki, başlanılıb. Bağbanların fikrincə, məhsuldarlıq ötən illərlə müqayisədə 15-20 faiz aşağadır. Amma yaxşı bağa qulluq edən bağbanların məhsulu həmişəki kimi boldur. Şimal bölgəsində 33 min 406 hektar meyvə bağı var ki, bunun da 70 % faizini alma bağları təşkil edir. Bağbanların sözlərinə görə, dəmgil xəstəliyi və zərərverici həşaratların almanı zədələməsi səbəbindən dərilən məhsulun 15-20 faizi itkiyə gedir. Bağbanlar bunun başlıca səbəbini xəstəlik və zərərvericilərə qarşı istifadə etdikləri kimiyəvi dərmanların keyfiyyətsiz olması ilə izah edirlər. Hər il bağbanlar alma yığımına sentyabrın əvvəlində başladıqları halda, bu mövsüm bu proses ayın 21-dən sonra mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə