“Eurovision-2012” sənəd qəbulu ayın 25-dək davam edəcək

“Eurovision-2012” sənəd qəbulu ayın 25-dək davam edəcək
\"Eurovision-2012\" mahnı müsabiqəsinin milli seçim turuna sənəd qəbulu başlayıb. SİA-nin "Eurovision 2012" Təşkilat Komitəsinə istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak etmək üçün artıq 10 nəfər sənəd təqdim edib: "Sənəd verənlər arasında ötən il keçirilən milli seçim turunda iştirak edənlər də var".

Qeyd edək ki, secim turunda yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər sənəd verə bilərlər. Milli seçimlərə sənəd qəbulu oktyabrın 25-dək davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə