Əhalimizin 49,6 faizini kişi, 50,4 faizini qadındır

Əhalimizin 49,6 faizini kişi, 50,4 faizini qadındır
Bu ilin yanvar-oktyabr ayı ərzində əhalinin sıxlığı bir kvadrat kilometrə 106 nəfər olub. SİA-nın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir: "Əhalinin 22 faizi 0-14, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və ondan yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1017 qadın düşür. Bu ilin yanvar-oktyabr ayları ərzində 88,8 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,1-dən 19-dək artıb. Doğulanların 54 faizi oğlanlar, 46 faizi qızlar olub. Cari ildə doğulan körpələr üçün 73,6 yaş ömür uzunluğu gözlənilir". Hesabat dövründə ölkədə 40,2 min ölüm halı qeydə alınıb. İlin əvvəlindən Azərbaycana yaşamaq üçün 1,6 min nəfər gəlib və 0,4 min nəfər ölkədən gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə