Tezliklə paytaxt ərazisində internet-köşk şəbəkəsinin
quraşdırılmasına başlanılacaq. Məqsəd \"Eurovision 2012\" Beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkəmizə gələn qonaqların internet şəbəkəsinə hər yerdə çıxış imkanı əldə etməsinə şərait yaratmaqdır. SİA-nin "Eurovision 2012" Təşkilat Komitəsinə istinadən verdiyi məlumata görə, \"KÜR\" kompüter texnikası istehsalı zavodu bu avadanlıqların çox seriyalı istehsalına bağlayacaq.
Qeyd edək ki, Wi-Fi şəbəkəsi ilə istismara veriləcək yeni qurğular paytaxtın ictimai yerlərində, biznes-mərkəzlərdə, vağzal, aeroportların gözləmə zallarında və avtobus dayanacaqlarında quraşdırılacaq.İnternet şəbəkələri turistlərə hər yerdə internetə çıxış imkanı əldə etməyə imkan verəcək. Köşklərində soraq-məlumat bazaları, elektron bələdçilər, xəritələr, qatarların sxemləri, nəqliyyatın cədvəli, kommersiya reklamlarının yerləşdirilməsi mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB