Azərbaycanlı zəvvarlar sabah Həcc ziyarətinə yola düşəcək

Azərbaycanlı zəvvarlar sabah Həcc ziyarətinə yola düşəcək

Azərbaycan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən SIA-ya verilən məlumata görə, oktyabrın 23-də yola düşəcək ilk karvanda 18 avtobus olacaq. Zəvvarlar Bakının Qaradağ rayonunda yerləşən "Binə" ticarət mərkəzinin yaxınlığındakı meydandan yola düşəcəklər.Oktyabrın 24-ü yola düşəcək ikinci karvanda isə 26 avtobus olacaq.

Təyyarələr isə 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Ümumilikdə oktyabrın 28, 30 və 31 oktyabr tarixlərində 3, 29 oktyabrda isə 2 təyyarə uçacaq. Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə