Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə xanım Hüseynzadənin iştirakı ilə ARDNŞ ilə hasilatın pay bölgüsü sazişləri üzrə birgə fəaliyyət göstərən Əməliyyat Şirkətləri və MMC-lərin rəhbərləri ilə görüş keçirilib. SİA-nın nazirliyin rəsmi saytına istinadən məlumatına görə, görüşün əsas məqsədi bu şirkətlərin 2011-ci ilin 9 ayı ərzində ətraf mühitin mühafizəsi üzrə görülmüş işləri barədə, o cümlədən səmt qazlarının yığılması və utilizasiyası, lay sularının və tullantıların idarə edilməsi, neftlə çirklənmiş torpaqların təmizlənməsi, ərazilərin yaşıllaşdırılması, eləcə də 2012-ci ildə hər əməliyyat şirkəti və MMC üzrə budcədə nəzərdə tutulmuş ekoloji tədbirlərin iş həcmi və maliyyə xərcləri barədə məlumatların dinlənilməsi idi. Toplantıda əməliyyat şirkəti və MMC rəhbərləri gördükləri işlər haqqında qısa məlumat veriblər. Görüşdə ARDNŞ-nin vitse-prezidenti tərəfindən əməliyyat şirkəti və MMC-lərin növbəti illərdə görəcəkləri ekoloji yönümlü işlər barədə aylıq ətraflı məlumat vermələri, istehsalat ərazilərində ekoloji vəziyyətin öyrənilməsi və problemlərin aradan qaldırılması üçün ARDNŞ-nin Ekologiya idarəsi ilə birgə işləmələri təklif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB