Azərbaycanda pensiyaların baza hissəsi artırıla bilər

Azərbaycanda pensiyaların baza hissəsi artırıla bilər
Azərbaycanda pensiyaların baza hissəsinin artırılması ölkədə sosial sığorta haqlarının formalaşması templərindən və məbləğindən asılıdır". SİA-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Fond sədrinin sözlərinə görə, əgər sosial sığorta haqlarının yığımında yüksək artım müşahidə olunacaqsa, ölkədə pensiyaların baza hissəsini artırmaq üçün imkan yaranacaq. "Əmək pensiyaları haqqında" qanuna görə, əmək pensiyalarının baza hissəsinin maliyyələşməsi dövlət büdcəsindən transfertlər və sosial sığorta haqlarının yığılmaları hesabına həyata keçirilir. Sosial sığorta haqları nəzərdə tutulmuş məbləğə uyğun və artıq olacaqsa, pensiyaların baza hissəsi artırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə