Xaçmazın Qusarçay kəndinə təbii qaz verilib

Xaçmazın Qusarçay kəndinə təbii qaz verilib
Xaçmaz rayonunun Qusarçay kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin, Xaçmaz rayonunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Dövlət Neft şirkətindən SİA-ya verilən məlumata görə, tədbirdə bildirilib ki, ötən müddət ərzində Qusarçay kəndinin qazlaşdırılması məqsədilə 15 km uzunluğunda dəmir boru dəyişdirilərək yeni yeraltı polietilen borularla əvəz olunmuş, 974 mənzil qazla təchiz edilib. Hazırda rayonun qaz almayan kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir. Keçirilən tədbirdə kənd ağsaqqalları və ziyalılar çıxış edərək Qusarçay kəndinin ilk dəfə olaraq təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə