Azərbaycan Mərkəzi Bankı məqalə müsabiqəsi elan edir

Azərbaycan Mərkəzi Bankı məqalə müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı fəaliyyətinin 20 illiyi münasibəti ilə "Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu" mövzusunda məqalə müsabiqəsi elan edir.

Məqalələr ölkənin iqtisadi inkişafında Mərkəzi Bankın rolu, Bankın fəaliyyət istiqamətləri barəsində olmalıdır.

Müsabiqəyə 05 sentyabr – 30 dekabr 2011-ci il ərzində elektron və çap KİV-lərində müsabiqənin mövzusuna uyğun nəşr olunmuş məqalələr qəbul olunur.


Qaliblərə xüsusi sertifikatlar və pul mükafatları təqdim olunacaqdır:


Birinci yer – 2000 manat

İkinci yer – 1500 manat

Üçüncü yer – 1000 manat



Məqalələr 30 dekabr 2011-ci il, saat 17:00-dək qəbul ediləcək.

Müsabiqənin tələbləri haqqında ətraflı məlumat və qaydalar Azərbaycan Mərkəzi Bankının rəsmi internet səhifəsində (www.cbar.az) yerləşdirilib.


Əlaqə tel.: 493 11 22 (daxili 381)

faks: 493 55 41

mail: [email protected]


Bütün xəbərlər Facebook səhifəmizdə