Liviyanın keçmiş lideri Muəmmar Qəddafinin ölüm xəbəri Ərəb mətbuatında müxtəlif başlıqlarla dərc olunub. SİA-nın xəbərinə görə, Livan Essefir qəzeti Qəddafinin ölümünü "Qəddafi öldü, Liviya normal həyatına geri dönür" başlıqlı yazı ilə Əl Diyar qəzeti "Liviya Qəddafi dövrünü aşdı", İordaniyanın Əl Destur qəzeti isə "Qəddafi öldürüldü" başlıqlı yazı verib. Suriyanın "champress" adlı internet saytı isə "həbs olunması ilə öldürülməsi arasında bilinməyən anlar" adlı xəbərində Qəddafinin həbs olunduğdan dərhal sonra öldürüldüyü, eləcə də onun necə və hansı vəziyyətdə öldürüldüyünə dair ziddiyyətli yazılara yer ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB