“Azerfon” daha bir beynəlxalq tədbirdə təmsil olunub

“Azerfon” daha bir beynəlxalq tədbirdə təmsil olunub

Oktyabr ayın 20-də Çexiyanın paytaxtı Praqada Public Relations(PR) sahəsi üzrə "The Prague PR Experience" adlı beynəlxalq tədbirə start verilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın ən innovativ və şəffav mobil operatoru olan "Azerfon" şirkətidə iştirak edib. İki günlük tədbir çərçivəsində müxtəlif şirkətlərinin nümayəndələri PR-ın mənimsənilməsi, siyasəti, sosial media və digər mövzular ətrafında müzakirələr aparıb, öz nitqləri ilə çıxış ediblər.


Tədbirdə "Azerfon"-u təmsil edən Şirkətin Korporativ Əlaqələr üzrə rəhbəri Elşad Fərzəliyev öz nitqində PR siyasəti, uğur faktorları haqqında tədbir iştirakçılarını məlumatlandırmışdı. "Müasir dövrdə şirkətlər öz brendlərini PR vasitəsilə məhşurlaşdırırlar. Uğurlu və davamlı brend yaratmaq üçün ilk atacaqları atdımlar əlaqə və kommunikasiyalar üzərində qurulur, hansılarkı PR sahəsinin ən vacib alətləridir. Potensial müştəriləri, alıcıları məhz adı çəkilən sahə cəlb edir və yüksək nüfuzunu qoruyub saxlayır. Ona görə tam əminliklə deyə bilərəm ki, PR şirkətin uğurunun böyük bir hissəsidir", - deyə E.Fərzəliyev söyləyib.


Qeyd edək ki, tədbirdə Ebay, T-mobile, BP America, Microsoft İnternational kimi məhşur brendlərin, şirkətlərin korporativ əlaqələr, ictimaiyyətlə əlaqələr departamentlərinin rəhbərləri iştirak edib.


Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. Azərfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.


Bütün xəbərlər Facebook səhifəmizdə