Macarıstanda “Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib

Macarıstanda “Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib

Oktyabrın 19-da Azərbaycanın Macarıstandakı səfirliyində "Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə" mövzusunda dəyirmi masa keçirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Macarıstan parlamentində təmsil olunan Fides, Sosialist və Yobbik partiyalarının gənclər təşkilatlarının təmsilçiləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, həmçinin macar tələbələr iştirak ediblər.

İştirakçılar qarşısında çıxış edən səfir Vilayət Quliyev 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğunu bildirərək ölkənin inkişafı, dövlət quruculuğu yolunda əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə qazanılmış uğurlar haqda ətraflı danışıb.

Sonra Azərbaycan Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev "Azərbaycan Respublikasının gənclər siyasəti" mövzusunda məruzə ilə çıxış edib.

Tədbir iki ölkə gəncləri arasında fəal fikir mübadiləsi ilə davam etdirilib.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə