Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu həbs olunub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Ermənistan ordusunun Dağlıq Qarabağda xidmət keçən hərbi qulluqçusu Martin Zakaryan yefreytor Vladimir Asatryanın öldürülməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində həbs edilib. Qeyd edək ki, oktyabrın 9-da V. Asatryan "Kalaşnikov" avtomatından açılan atəş nəticəsində öldürülüb. Baş verən hadisə ilə bağlı istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB