"İrəli" İctimai Birliyi, "Airmed" şirkəti və "Ailə Həkimi" jurnalının təşkilatçılığı ilə "Sağlam Gənclik Naminə" layihəsinə start verilib. SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində Bakı şəhərində yerləşən 10 orta məktəblərdə və daha sonra Gəncə şəhərində Yevlax və Sabirabad rayonlarında yerləşən orta məktəblərdə təhsil alan şagirdlərə narkomaniya, AİDS, alkoqol və tütünün zərərləri mövzusunda seminarların keçirilməsi nəzərdə tutulub.Layihənin həyata keçirilməsində məqsəd gəncləri məktəb yaşlarından zərərli vərdişlərin ziyanı haqqında məlumatlandırmaq və onları təhsil aldıqları təhsil müəssisələrindən aldıqları bilikləri digər şagirdlərlə bölüşmələrini təmin etməkdən ibarətdir. Seminar iştirakçılarına məlumat xarakterli müxtəlif paylama materiallarını, layihənin loqosunu və şüarını özündə əks etdirən digər materialların daxil olduğu paketlərin paylanması planalaşdırılıb.Mərasimdə millət vəkilləri, AİDS-lə mübarizə mərkəzinin rəhbəri Həqiqət Qədirova, Respublika Narkoloji Mərkəzinin rəhbəri Telman Məmmədhəsənov, BMT-nin Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının müdiri Zakir Qarayev və digər rəsmi qonaqlar iştirak edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB